Türkiyə Sığorta Birliyinin rəhbəri: Zəlzələnin vurduğu ziyanın həcmi dəqiqləşdirilir

Türkiyə Sığorta Birliyinin rəhbəri: Zəlzələnin vurduğu ziyanın həcmi dəqiqləşdirilir
# 06 fevral 2023 17:39 (UTC +04:00)

"Türkiyədə zəlzələ nəticəsində əmlaklara dəyən ziyanın həcmi dəqiqləşdirilir. Bununla bağlı hələlik nəsə demək üçün çox tezdir".

Bunu "APA-Economics"ə açıqlamasında, Türkiyə Sığorta Birliyinin rəhbəri Atilla Benli deyib. O bildirib ki, qarşıdakı müddətdə dəymiş ziyanın həcmi Türkiyə Təbii Fəlakət Sığorta Təşkilatı (DASK) tərəfindən müəyyən ediləcək, ümumi əmlaklara və sığorta sektoruna dəyən ziyanın həcmi ilə bağlı açıqlama veriləcək.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin Adana, Adıyaman, Diyarbakır, Qaziantep, Hatay, Kahramanmaraş, Kilis, Malatya, Osmaniye və Şanlıurfa vilayətlərində baş verən zəlzələ nəticəsində ən son məlumatlara görə 2834 bina dağılıb. Nəticədə 1121 nəfər həyatını itirib, 7634 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR