Türkiyədə illik inflyasiya 70%-ə çatıb

Türkiyədə illik inflyasiya 70%-ə çatıb
# 05 may 2022 11:50 (UTC +04:00)

Bu ilin aprel ayında Türkiyədə inflyasiya illik müqayisədə 69,97%-ə çatıb.

APA-Economics” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb.

Eyni zamanda, cari ilin yanvar və mart aylarında bu göstərici müvafiq olaraq 48,69% və 61,14% təşkil edib. Türkiyə mediası, yanvar inflyasiyasının 2002-ci ildən bu yana Türkiyə üçün rekord göstərici olduğu barədə xəbər vermişdi.

Eyni zamanda, aylıq əsasda martda inflyasiya 9,19%-dən apreldə 7,67%-ə enib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin sonunda bildirib ki, Ankara inflyasiyanı azaltmağı hədəfləyir və nəticələri bu ilin mayında alacağını gözləyir.

Türkiyə Mərkəzi Bankı apreldə 2022-ci ilin sonu üçün inflyasiya proqnozunu əvvəllər nəzərdə tutulan 23,2%-dən, 42,8%-ə qaldırmışdı.

Ötən ilin noyabrında türk lirəsi ilin əvvəli ilə müqayisədə təxminən 1/3 dəyər itirib. Buna səbəb Mərkəzi Bankın hazırda 14% olan uçot dərəcəsini aşağı salmağa davam edən siyasətidir. Bu, inkişaf etməkdə olan ölkələr arasında ən yüksək səviyyələrdən biridir.

Rəcəb Tayyib Ərdoğan yüksək faiz dərəcələrini hakimiyyət orqanlarına inflyasiyanın effektiv şəkildə azaldılmasına və lirənin ucuzlaşmasının dayandırılmasına mane olan ciddi problem kimi görür.

O, dəfələrlə Mərkəzi Bankı uçot dərəcəsini azaltmaqdan imtina etdiyinə görə tənqid edib, baxmayaraq ki, bank bu rəqəmin istehlak qiymətlərinin artmasının və milli valyutanın ucuzlaşmasının əsas səbəbi olmadığını izah edib. Bu baxımdan, Mərkəzi Bank uçot dərəcəsini azaltmağa son dərəcə istəksiz yanaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR