Türkiyənin ixracatı mayda 15,3% artıb

Türkiyənin ixracatı mayda 15,3% artıb
# 30 iyun 2022 12:21 (UTC +04:00)

Türkiyənin ixracatı may ayında əvvəlki ilin eyni ayına nisbətdə 15,3% artaraq 18,98 mlrd. ABŞ dollarına, idxalı isə 43,5% artaraq 29,58 mlrd. dollara çatıb.

APA-Economics” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika İnstitutu və Ticarət Nazirliyinin hesabatında deyilir.

Xarici ticarət kəsiri may ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 155,2% artaraq 10,6 mlrd. dollara çatıb.

Əgər 2021-ci ilin may ayında ixrac və idxalın nisbəti 79,8% idisə, ötən ay bu, 64,2% enib.

Enerji və qızıl istisna olmaqla xarici ticarət

Enerji qaynaqları və qeyri-monetar qızıl xaric ixracat may ayında 13,2% artaraq 15,47 mlrd. dollardan 17,51 mlrd. dollara yüksəlib. May ayında enerji resursları və qeyri-monetar qızıl istisna olmaqla idxal isə 22,6% artaraq 17,33 mlrd. dollardan 21,26 mlrd. dollara yüksəlib.Enerji resursları və qeyri-monetar qızıl istisna olmaqla, may ayında xarici ticarətin müsbət saldosu 3,75 mlrd. dollar təşkil edib. Xarici ticarətin həcmi isə 18,2% artaraq 38,77 mlrd. dollar olub. Sözü gedən ayda enerji və qızıl istisna olmaqla ixracın idxala nisbəti 82,4% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR