Ötən ilin noyabrın sonuna Türkiyənin xarici aktivlərinin həcmi 307,4 mlrd. ABŞ dolları təşkil edib ki, bu da həmin ilin əvvəli ilə müqayisədə 20,3% çoxdur.
"APA-Economics"in "Anadolu Agency"ə istinadən verdiyi məlumata görə, ölkənin qeyri-rezidentlər qarşısında öhdəlikləri 17,6% azalaraq 527,8 mlrd. dollara enib. Nəticədə Türkiyənin xalis investisiya defisiti noyabrın sonuna 220,4 mlrd. dollar təşkil edib.
Qeyd edək ki, ölkənin ehtiyat aktivlərinin həcmi 34,6% artaraq 125,6 mlrd. dollara çatıb.