Üç investisiya şirkətinin dövriyyəsi artıb

Üç investisiya şirkətinin dövriyyəsi artıb
# 04 oktyabr 2022 11:58 (UTC +04:00)

Bakı Fond Birjası (BFB) bu ilin yanvar-sentyabr ayları üzrə ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyəsini açıqlayıb.

"APA-Economics" BFB-yə istinadən birja üzvləri olan 10 investisiya şirkətindən 3-nün dövriyyəsi artıb, 6-nın dövriyyəsi azalıb, 1-i üzrə isə dinamika qeydə alınmayıb.

Ən böyük nisbi və mütləq dinamika "CPM-Invest" şirkətində qeydə alınıb. Ötən ilin eyni dövrünə nisbətən bu ilin doqquz ayında şirkətin dövriyyəsi 5,7 dəfə və ya 2,8 milyard manat artıb. "ABB-İnvest"i dövriyyəsi 2,2 dəfə və ya 1,078 milyard manat, "Xalq Kapital"ın isə 15,5% və ya 55,2 milyon manat artıb.

"İnvest-Az İnvestisiya Şirkəti"nin dövriyyəsi 83,4%, “BTB Kapital"ın 73,3%, “Unicapital"ın dövriyyəsi isə 71,2% azalıb. “PAŞA Kapital", "AzFinance" və "PSG Kapital"da isə azalma müvafiq olaraq 41,3%, 26,4% və 17% təşkil edib. “MFX Trading İnvestisiya Şirkəti”nin isə ötən ilin eyni dövründə birjada dövriyyəsi olmadığı üçün dinamika qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR