Ukraynaya 1,49 mlrd. dollarlıq əlavə maliyyələşdirmə təsdiq edilib

Ukraynaya 1,49 mlrd. dollarlıq əlavə maliyyələşdirmə təsdiq edilib
# 08 iyun 2022 10:47 (UTC +04:00)

Dünya Bankı Ukrayna üçün 1,49 mlrd. ABŞ dollarlıq əlavə maliyyələşdirmənin təsdiqləndiyini açıqlayıb.

APA-Economics” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Bankın yazılı açıqlamasında bildirilir.

Qeyd olunur ki, yeni maliyyələşdirmə Dünya Bankının səfərbər etdiyi 4 mlrd. dollardan çox dəstək paketinin bir hissəsidir.

Bəyanatda qeyd olunub ki, sözügedən fondun təxminən 2 mlrd. dolları artıq xərclənib və Dünya Bankının İcraçı Direktorlar Şurası ölkədə dövlət xərclərini dəstəkləmək üçün Ukraynaya əlavə 1,49 mlrd. dollar maliyyə ayrılmasını təsdiqləyib.

Açıqlamada deyilir ki, yeni vəsait hökumət və sosial işçilərin maaşlarının ödənilməsinə yönəldiləcək. Yeni paketə İngiltərə, Hollandiya, Litva və Latviya tərəfindən maliyyə təminatı verilib. Tranş həmçinin, İtaliyadan paralel maliyyələşdirmə və Çox Donor Etimad Fonduna töhfələr hesabına da dəstəklənir.

Dünya Bankının prezidenti Devid Malpass bildirib ki, Dünya Bankı Qrupu davam edən müharibə qarşısında Ukraynaya və onun xalqına davamlı dəstək verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR