"Unibank"ın İdarə Heyətində təyinat olub - FOTO

"Unibank"ın İdarə Heyətində təyinat olub - FOTO
# 02 fevral 2023 10:28 (UTC +04:00)

“Unibank KB” ASC Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının qərarına əsasən, Tural Həsənov İdarə Heyətinin üzvü və Baş risk inzibatçısı vəzifəsinə təyin edilib.

"APA-Economics" xəbər verir ki, bu təyinatadək, o, bankda Risklər üzrə Baş Direktor vəzifəsində çalışıb. Tural Həsənov 2016-cı ildən Unibank komandasının üzvüdür. “Unibank”dan əvvəl Azərbaycan Respublikasının Mərkəzi Bankında müxtəlif vəzifələrdə çalışıb.

O, ODTÜ-də “İqtisadiyyat” ixtisası üzrə bakalavr təhsilini şərəf diplomu ilə bitirib. Sonra isə Birləşmiş Krallığın “Exeter” Universitetində “Maliyyə və İdarəetmə” üzrə magistr dərəcəsi alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR