Valyuta hərracında bankların dollar tələbi 25% artıb

Valyuta hərracında bankların dollar tələbi 25% artıb
# 08 dekabr 2022 12:39 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics" AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 61,3 ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (6 dekabr 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 24,6% və ya 12,1 mln. ABŞ dolları artıb.

Qeyd edək ki, ötən hərracda bankların dollar tələbi 49,2 mln. ABŞ dolları təşkil etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR