Valyuta hərracında bankların dollar tələbi 41%-dən çox artıb

Valyuta hərracında bankların dollar tələbi 41%-dən çox artıb
# 22 sentyabr 2022 12:57 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics" AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 45,7 mln. ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (15 sentyabr 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 41,4% və ya 13,4 mln. ABŞ dolları artıb.

Qeyd edək ki, ötən hərracda bankların dollar tələbi 32,3 mln. ABŞ dolları təşkil etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR