Valyuta hərracında bankların dollara tələbi 37% azalıb

Valyuta hərracında bankların dollara tələbi 37% azalıb
# 08 sentyabr 2022 12:27 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics" AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 43,8 mln. ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (6 sentyabr 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 36,8% azalıb. Qeyd edək ki, ötən hərracda tələb 69,4 mln. ABŞ dolları olmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR