Valyuta hərracında bankların dollara tələbi 73 milyon dolları keçib

Valyuta hərracında bankların dollara tələbi 73 milyon dolları keçib
# 01 sentyabr 2022 12:35 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics" AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 73,5 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (30 avqust 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 15% artıb. Ötən hərracda tələb 63,9 mln. ABŞ dolları olub.

Hərracda manatın ortaçəkili məzənnəsi isə 1,7000 səviyyəsində formalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR