Valyuta hərracında bankların dollara tələbi azalıb

Valyuta hərracında bankların dollara tələbi azalıb
# 17 may 2022 13:58 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirdiyi valyuta hərracında bankların dollara tələbi azalıb.

AMB-dən "APA-Economics"ə daxil olan məlumata görə, hərracda tələb 38,5 milyon dollar təşkil edib və tam təmin edilib. Bu isə ötən hərracla müqayisədə 15,3% azdır. Belə ki, mayın 12-də keçirilən hərracda banklara 45,5 milyon dollar məbləğində xarici valyuta satılmışdı.

Qeyd edək ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR