Valyuta hərracında bankların dollara tələbi azalıb

Valyuta hərracında bankların dollara tələbi azalıb
# 11 avqust 2022 12:40 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics" AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 39 mln. ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (9 avqust 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 15,4% azalıb. Ötən hərracda tələb 46,1 mln. ABŞ dolları olub.

Hərracda manatın ortaçəkili məzənnəsi isə 1,7000 səviyyəsində formalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR