Valyuta hərracında bankların dollara tələbi yenidən azalıb

Valyuta hərracında bankların dollara tələbi yenidən azalıb
# 04 avqust 2022 12:38 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics" AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 38,3 mln. ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (2 avqust 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 42,5% azalıb. Ötən hərracda tələb 66,6 mln. ABŞ dolları olub.

Hərracda manatın ortaçəkili məzənnəsi isə 1,7000 səviyyəsində formalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR