Valyuta hərracında bankların tələbi 96 mln. dolları ötüb

Valyuta hərracında bankların tələbi 96 mln. dolları ötüb
# 28 mart 2023 12:46 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.

"APA-Economics" AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 96,3 milyon ABŞ dolları olub və tam təmin edilib. Bu isə, ötən il dekabrın 1-dən sonra ən yüksək göstəricidir. Belə ki, sözügedən hərrac zamanı tələb 82,9 milyon ABŞ dollara kimi yüksəlmişdi.

Mərkəzi Bankdan isə bildirilib ki, hərracda tələbin nisbətən yüksək olması bayram günləri ilə əlaqədar qrafik üzrə 2 hərracın keçirilməməsi səbəbindən yığılmış tələblə əlaqədardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR