Valyuta hərraclarında dollar satışı son üç ilin ən aşağı həddinə enib

Valyuta hərraclarında dollar satışı son üç ilin ən aşağı həddinə enib
# 30 mart 2023 13:38 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı Dövlət Neft Fondu ilə birgə bu ilin mart ayında ümumilikdə 384 milyon ABŞ dolları həcmində valyuta satışı həyata keçirib.

"APA-Economics" xəbər verir ki, bu fevral ayı ilə müqayisədə 7,7% çox, ötən ilin eyni dövrünə nisbətən 27% azdır. Bu ilin birici rübündə isə banklara 929.1 milyon ABŞ dolları satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 42,8% azdır. Belə ki, ötən ilin birinci rübündə bankların dollar tələbi 1624.4 milyon ABŞ dolları təşkil etmişdi.

Qeyd edək ki, ümumilikdə isə valyuta hərraclarında dollar satışı son üç ilin minimumuna enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR