Valyuta hərraclarında tələb son 21 ayda ilk dəfə 1 mlrd. dollara yaxınlaşıb - QRAFİK

Valyuta hərraclarında tələb son 21 ayda ilk dəfə 1 mlrd. dollara yaxınlaşıb - QRAFİK
# 30 dekabr 2021 13:13 (UTC +04:00)

Bu ilin son valyuta hərracında banklara 140,3 mln. ABŞ dolları satılıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankın (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən valyuta hərracı ilə müqayisədə (28 dekabr) 12,1% çoxdur.

Beləliklə, dekabr ayı ərzində AMB-də Dövlət Neft Fondunun iştirakı ilə keçirilən hərraclarda 989,2 mln. dollar satılıb ki, bu da ötən ilin mart ayından (1,928 mlrd. dollar) bəri ən yüksək göstəricidir. Dekabr satışları, noyabr ayı ilə müqayisədə 15,9%, ötən ilin dekabr ayı ilə müqayisədə isə 55,1% artıb.

Qeyd edək ki, bu il ərzində banklara hərraclarda 6,688 mlrd. dollar satılıb ki, bu da ötən il ilə müqayisədə 8,4% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR