Valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək istəyən şəxslərə dair tələblər sərtləşdirilir

Valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək istəyən şəxslərə dair tələblər sərtləşdirilir
# 09 iyun 2023 13:19 (UTC +04:00)

Mərkəzi Bank valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən aparılan valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddini müəyyən edəcək.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək istəyən şəxs lisenziyanın alınması üçün maliyyə bazarlarına nəzarət orqanına ərizə ilə müraciət etməlidir. Layihəyə əsasən, bu orqan Mərkəzi Bank olacaq.

Ərizə müvafiq qaydada tərtib olunmalıdır.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR