Vergi sistemində bulud əsaslı e-imza tətbiq olunacaq

Vergi sistemində bulud əsaslı e-imza tətbiq olunacaq
# 30 iyun 2022 16:38 (UTC +04:00)

Dövlət Vergi Xidmətinin sistemində bulud əsaslı elektron imzanın tətbiqi nəzərdə tutulur.

"APA-Economics"in məlumatına görə, söhbət "AzInTelecom" MMC tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində hazırladığı SİMA adlı yeni nəsil rəqəmsal imzanın tətbiqindən gedir.

Vergi sistemində SİMA-nın tətbiqi 2023-cü ildən nəzərdə tutulur.

Qeyd edək ki, bulud texnologiyası əsasında SİMA adlı e-imza vətəndaşlar üçün pulsuzdur.

Onun üstünlüyü məlumatların daim istifadəçinin yanında olması və rəqəmsal imza daşıyıcısına (USB daşıyıcı və ya Sim-kart) ehtiyacın olmamasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR