Vergi üzrə büdcə daxilolmaları 5,8 mlrd. manat təşkil edib

Vergi üzrə büdcə daxilolmaları 5,8 mlrd. manat təşkil edib
# 13 iyun 2022 16:54 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 5,8 mlrd. manat vergi daxil olub, proqnoza 149,3 faiz əməl edilib.

Xidmətdən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 52,3% və ya təxminən 2 mlrd. manata yaxın (1,99 mlrd. manat) artıb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 3,9 mlrd. manat olub, proqnoza 130,3% əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 909,5 mln. manat vəsait daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 41,8% və ya 1,15 mlrd. manat artıb.

Regionlar üzrə daxilolmalar 476,5 mln. manat olmaqla, proqnoz 114,0% icra edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu mənbədən daxilolmalar 22,4% artıb.

Ödənilən vergilərin 67,3%-i qeyri-neft-qaz sektorunun, 32,7%-i isə neft-qaz sektorunun payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR