Vergi və rüsum olmayan ödənişlərlə əlaqədar vahid elektron sistem yaradılacaq

Vergi və rüsum olmayan ödənişlərlə əlaqədar vahid elektron sistem yaradılacaq
# 22 iyul 2022 12:55 (UTC +04:00)

Dövlət orqanları (qurumları) tərəfindən dövlət büdcəsinə və ya həmin orqanların (qurumların) büdcələrinə hesablanan və daxil olan vergi və rüsum olmayan ödənişlər üzrə vahid elektron sistem yaradılacaq və aidiyyəti dövlət orqanının (qurumunun) informasiya bazalarına inteqrasiyası təmin ediləcək.

APA xəbər verir ki, bu, “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Tədbirlər Planında əksini tapıb.

Sənəddə qeyd edilib ki, Maliyyə Nazirliyi 2026-cı ilədək vergi və rüsum olmayan ödənişlərin elektron platformaya keçməsini təmin etməlidir. İcra müddəti ərzində hər il vahid elektron sistemin yaradılması və aidiyyəti orqanların (qurumların) informasiya bazalarına inteqrasiyası təmin edilməlidir.

Beləliklə, dövrün sonuna müvafiq vergi və rüsum olmayan ödənişlərin 100% vahid elektron sistem vasitəsilə ödənilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR