Vergi xətti ilə büdcə daxilolmaları 14%-dən çox artırılır

Vergi xətti ilə büdcə daxilolmaları 14%-dən çox artırılır
# 04 noyabr 2022 10:21 (UTC +04:00)

2023-cü ildə dövlət büdcəsi gəlirlərinin 13402,0 milyon manatı və ya 43,6 faizi Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə daxilolmaların payına düşür.

"APA-Economics" bu barədə "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir. Məlumata görə, bu da cari ilin dürüstləşdirilmiş proqnozundan 1662,0 milyon manat və ya 14,2 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 4872,8 milyon manat və ya 57,1 faiz çoxdur.

Dövlət Vergi Xidmətinin xətti ilə 2023-cü il üzrə dövlət büdcəsinə proqnozlaşdırılan daxilolmaların 62,6 faizi və ya 8385,0 milyon manatı qeyri-neft sektorunun, 37,4 faizi və ya 5017,0 milyon manatı neft sektorunun payına düşür.

Qeyd edək ki, DVX xətti ilə proqnozlaşdırılan daxilolmaların məbləği ÜDM-in 12,6 faizi həcmində nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR