Vergi xətti ilə büdcə daxilolmaları 7 mlrd. manata yaxın artıb

Vergi xətti ilə büdcə daxilolmaları 7 mlrd. manata yaxın artıb
# 09 dekabr 2022 17:29 (UTC +04:00)

2022-ci ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 14 milyard 726 milyon 776 min manat vergi daxil olub.

Bu barədə "APA-Economics"ə Xidmətdən bildirilib. Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 85 faiz və ya 6,7 milyard manatdan çox artıb. Bildirilib ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 7 milyard 583 milyon 62,2 min manat olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,2 faiz və ya 1,7 milyard manat çoxdur.

Bu dövrdə ödənilən vergilərin 51,5 faizi qeyri-neft-qaz sektorunun, 48,5 faizi isə neft-qaz sektorunun payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR