Vergi xətti ilə büdcə gəlirləri proqnozdan 3,8 mlrd. manat çox olub

Vergi xətti ilə büdcə gəlirləri proqnozdan 3,8 mlrd. manat çox olub
# 17 mart 2023 11:28 (UTC +04:00)

2022-ci ildə dövlət büdcəsinə vergi xətti ilə 11740,0 mln. manat proqnoza qarşı 15543,0 mln. manat vəsaitin daxil olması təmin edilib.

APA-Economics” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib. Başqa sözlə, proqnozdan əlavə 3803,0 mln. manat və ya 32,4% çox vəsait yığılıb. Daxilolmaların həcmi 2021-ci ilə nisbətən 7013,8 mln. manat və ya 82,2% çox olub.

2022-ci il ərzində Dövlət Vergi Xidmətinin xətti ilə neft-qaz sektoru üzrə dövlət büdcəsinə 4020,0 mln. manat proqnoza qarşı 7406,6 mln. manat məbləğində vəsait köçürülərək, proqnozdan əlavə 3386,6 mln. manat və ya 84,2% artıq vəsaitin yığılması təmin edilib. Neft-qaz sektoru üzrə daxil olmuş məbləğ Xidmətin təmin etdiyi ümumi daxilolmanın 47,7%-ni təşkil edib ki, bu da 2021-ci ilə nisbətən 5220,3 mln. manat və ya 3,4 dəfə çoxdur.

Qeyri-neft-qaz sektoru üzrə 7720,0 mln. manat proqnoza qarşı dövlət büdcəsinə 8136,4 mln. manat vəsait daxil olub ki, bu da ümumi daxilolmanın 53,0%-ni təşkil edib. Bildirilib ki, bu sektor üzrə proqnoza 105,4% əməl edilib, proqnoz tapşırığından əlavə 416,4 mln. manat vəsaitin yığılması təmin edilib. Vergi daxilolmalarının həcmi 2021-ci illə müqayisədə 1793,5 mln. manat və ya 28,3% çox olub.

Qeyri-neft-qaz sektorunun qeyri-dövlət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərindən hesabat ilində dövlət büdcəsinə 5990,1 mln. manat vəsait daxil olub. Bu isə 2021-ci ilə nisbətən 1182,0 mln. manat və ya 24,6% çoxdur.

2022-ci il ərzində toplanılan vergilərin 2736,6 mln. manatı və ya 17,6%-i dövlət sektoruna, 12804,9 mln. manatı və ya 82,4%-i isə qeyri-dövlət sektoruna aid olub.

Neft-qaz sektorunda hasilatın pay bölgüsü sazişləri üzrə podratçı tərəflərin mənfəət vergisi istisna olmaqla, qeyri-dövlət sektoru üzrə büdcəyə 7358,9 mln. manat vəsait daxil olub ki, bu da sektor üzrə daxilolmaların 57,5%-ni təşkil edib. Bu daxilolmaların həcmi 2021-ci illə müqayisədə 1514,3 mln. manat və ya 25,9% çox olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR