Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə bağlı yeni vergi güzəştləri qüvvəyə minib

Vətən müharibəsi şəhidlərinin ailələri və qazilərlə bağlı yeni vergi güzəştləri qüvvəyə minib
# 01 yanvar 2022 02:11 (UTC +04:00)

Yanvarın 1-dən Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və qazilər üçün yeni vergi güzəştləri müəyyənləşib.

APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

Qanuna əsasən, 2022-ci il yanvarın 1-dən şəhid olmuş şəxslərin ailə üzvlərinin əldə etdiyi maddi yardımın 20000 manatadək olan hissəsi və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və mülki şəxslərin əldə etdiyi maddi yardımın 20000 manatadək olan hissəsi gəlir vergisindən azad olunacaq.

Maddi yardım almış mülki şəxslərə bu güzəşt o halda veriləcək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəxsin hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edildiyini təsdiq edən arayış təqdim edilmiş olsun.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR