Vüqar Gülməmmədov: "Kino çəkilməsinə ayrılan pulu yarıbayarı kəsmək olar"

Vüqar Gülməmmədov: "Kino çəkilməsinə ayrılan pulu yarıbayarı kəsmək olar"
# 25 may 2022 14:18 (UTC +04:00)

“Büdcə Məcəlləsi ilə bağlı Maliyyə Nazirliyindən bizə məktub daxil olub”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri bildirib ki, növbəti həftələrdə Büdcə Məcəlləsinə rəy verəcəklər: “Rüfət müəllim kino çəkilməsinə vəsaitin artırılmasını təklif edir. Amma biz hesab edirik ki, kinoya ayrılan pulu yarı-yarıya kəsmək olar. Bu, indiki şəraitdə bizim fikrimizdir. Hesablama Palatasının rəyinin 121-ci səhifəsində kino çəkilməsinə ayrılan vəsaitlərin necə xərclənməsi barədə məlumatlar var”.

Qeyd edək ki, bu gün müzakirələr zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bildirib ki, kino sahəsinə büdcədən 5-6 milyon manat pul ayrılır. Bu vəsaitin artırılmasını vacib sayan deputat bildirib ki, büdcədən ayrılan 5-6 milyon manata ancaq cizgi filmi çəkmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR