Vüqar Gülməmmədov: Müdafiə olunan xərclərin təmin olunma səviyyəsi 119,8% təşkil edib

Vüqar Gülməmmədov

© APA | Vüqar Gülməmmədov

# 31 may 2023 13:02 (UTC +04:00)

“2022-ci ildə qeyri-neft-qaz iqtisadiyyatının və qeyri-neft gəlirlərinin əhəmiyyətli artımı fonunda cari xərclərin qeyri-neft-qaz sektoru hesabına təmin olunma göstəricisi üzrə müsbət meyllər izlənib. Bu, Cari xərclərin də il ərzində 2,5 mlrd. manat azalması hesabına baş verib”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri təbii resursla zəngin ölkələrdə dövlət büdcəsinin makrodiaqnostikası üzrə vacib nisbətlərdən hesab edilən cari xərc-qeyri-neft gəlirləri barədə danışıb: “2022-ci ildə cari xərclərin qeyri-neft/qaz gəlirləri ilə təmin olunma səviyyəsi əvvəlki illə müqayisədə 9 faiz bəndi artb. Belə ki, qeyri-neft gəlirləri 15,4 mlrd. manat olmaqla cari xərclərin 86,5%-ni təşkil edib. Qeyd olunan artım dinamikası qeyri-neft-qaz gəliri/müdafiə olunan xərc nisbəti üzrə də qeydə alınıb, müdafiə olunan xərclərin təmin olunma səviyyəsi əvvəlki ilə müqayisədə 12,1 faiz bəndi artaraq 119,8% təşkil edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR