Vüqar Gülməmmədov: Ortamüddətli gəlir strategiyası ilə bağlı işlərə başlamalıyıq

Vüqar Gülməmmədov, Hesablama Palatasının sədri

© APA | Vüqar Gülməmmədov, Hesablama Palatasının sədri

# 16 noyabr 2022 16:39 (UTC +04:00)

“Ortamüddətli xərclər çərçivəsi ilə yanaşı, biz ortamüddətli gəlir strategiyası ilə bağlı işlərə də başlamalıyıq”.

APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2023-cü ilin dövlət büdcəsinin layihəsi ilə bağlı çıxışında bildirib. Onun sözlərinə görə, sənədin hazırlanmasında məqsəd ortamüddətli dövrdə gəlir daxilolmalarının kompleks şəkildə artırılması, gəlirlərin inzibatçılığının yüksəldilməsi və vergi siyasəti üzrə hədəflərin daha optimal formada idarə edilməsidir.

“Ortamüddətli gəlir strategiyasının qəbul edilməsinin aktuallığı bir neçə səbəblə əlaqələndirilir. Bu bir tərəfdən ölkələrin beynəlxalq çağırışlar çərçivəsində (DİM) götürdükləri öhdəliklərin reallaşdırılması, digər tərəfdən xərc siyasətinin müxtəlif regionlarda prioritetlərinin sürətlə dəyişməsi və büdcənin institusional çərçivəsinin gücləndirilməsi ilə əlaqələndirilir”, - deyə Vüqar Gülməmmədov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR