Xarici ölkələrin səfirliklərinə və konsulluqlarına viza rəsmiləşdirilməsi üçün verilən notaya görə dövlət rüsumu ləğv edilib

Xarici ölkələrin səfirliklərinə və konsulluqlarına viza rəsmiləşdirilməsi üçün verilən notaya görə dövlət rüsumu ləğv edilib
# 12 iyul 2019 13:01 (UTC +04:00)

Xarici ölkələrin səfirliklərinə və konsulluqlarına viza rəsmiləşdirilməsi üçün verilən notaya görə dövlət rüsumu ləğv edilib.

APA-nın məlumatına görə, bu, "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, xarici ölkələrin səfirliklərinə və konsulluqlarına viza rəsmiləşdirilməsi üçün verilən notaya görə 4 manat dövlət rüsumu ləğv edilir.

Digər dəyişikliklə qanun layihəsinin 10-cu maddəsinin (Notariat kontorları və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılmasına, notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsinə və onun müddətinin uzadılmasına görə dövlət rüsumunun dərəcələri) 10.20-ci bəndi yeni redaksiyada verilir: “Ərizələrin və ya digər sənədlərin başqasına verilməsi, habelə kağız və ya elektron daşıyıcıda olan ərizə və ya digər sənədlərin hazırlanmış elektron və ya kağız nüsxələri ilə eyniləşdirilməsi haqqında şəhadətnamələrin verilməsi (hazırlanmış hər səhifəyə görə) bu qanunun 10.1-10.19-cu maddələrində göstərilənlərdən başqa digər notariat hərəkətləri üçün 5 manat dövlət rüsumu tutulacaq.

Sənədin hazırki variantı isə belədir: Fiziki və hüquqi şəxslərin, dövlət orqanlarının və bələdiyyələrin ərizələrinin digər fiziki və hüquqi şəxslərə, dövlət orqanlarına və bələdiyyələrə verilməsi və bu qanunun 10.1-10.19-cu maddələrində göstərilən hərəkətlərdən başqa notariat hərəkətləri üçün 5 manat dövlət rüsumu tutulur.

Milli Məclisin bugünkü iclasında qanun layihəsinə dəyişiklik müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR