Xarici vətəndaşların Azərbaycanda bank kartları ilə ödəmələri azalıb

Xarici vətəndaşların Azərbaycanda bank kartları ilə ödəmələri azalıb
# 31 mart 2023 11:31 (UTC +04:00)

2023-cü ilin yanvar-fevral aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsilə 333.8 mln. manatlıq əməliyyat aparıblar.

Bu barədə "APA-Economics" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən xəbər verir. Məlumata görə, bu da illik müqayisədə 14.7% azalma deməkdir.

Qeyd edək ki, 2022-ci ilin yanvar-fevral aylarında xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 391.2 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR