Xərci borcunu ödəməyən sığorta şirkətləri - Renkinq

Xərci borcunu ödəməyən sığorta şirkətləri - Renkinq
# 24 yanvar 2023 17:43 (UTC +04:00)

2022-ci ildə Azərbaycan sığorta bazarının maliyyə göstəriciləri açıqlanıb.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən sığorta şirkətlərinin ödəniş-yığım nisbətinə görə renkinqini hazırlayıb. İcbari şəxsi sığorta növlərinin Dövlət Sosial Müdafiə Fonduna ötürüləndən sonra hələ də özünə gələ bilməyən "Azərsığorta" şirkətinin yığımların kəskin azalması fonunda zərərliliyi yüksək olaraq qalır. Sığorta şirkəti topladığı hər 100 manat müqabilində 122 manat ödəniş edib.

Zərərlilik göstəricisinə görə, "Azərsığorta"nı “AtaSığorta” şirkəti izləyir -101,6%. Siyahı üçüncü isə “AzSığorta” şirkəti olub. Sığorta şirkətinin ödəniş-yığım nisbəti 85% təşkil edib. Sığorta bazarı üzrə ən aşağı zərərlilik "Meqa Həyat Sığorta"da qeydə alınıb- 0,4%. Sığorta şirkətlərinin zərərlilik üzrə göstəriciləri tam olaraq aşağıdakı kimidir:

Sığorta şirlətləri Sığorta Haqqları Sığorta Ödənişləri Ö/Y nisbəti
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti 16 433 20 088 122,20%
“AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti 5 312 5 395 101,60%
“AzSığorta” Açıq Səhmdar Cəmiyyəti 11 081 9 438 85,20%
“Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti 42 274 27 466 65,00%
“Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 53 466 29 993 56,10%
“Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 29 761 15 808 53,10%
“Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 413 298 215 366 52,10%
“A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti 24 628 12 827 52,10%
“Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti 7 936 3 823 48,20%
“Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti 6 344 2 491 39,30%
“Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti 14 464 4 893 33,80%
“Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyəti 21 129 6 749 31,90%
“Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti 215 132 66 907 31,10%
"Naxçıvansığorta" Açıq Səhmdar Cəmiyyəti 2 333 607 26,00%
"Aqrar Sığorta" Açıq Səhmdar Cəmiyyəti 14 136 2 390 16,90%
“Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti 40 355 6 023 14,90%
“Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 21 242 2 326 10,90%
"Xalq Həyat" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 8 574 420 4,90%
“İpək Yolu Sığorta” ASC 20 520 184 0,90%
Meqa Həyat Sığorta Açıq Səhmdar Cəmiyyəti 2 404 9 0,40%
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR