Xəzər və Volqa boyu “çay-dəniz” formatında kruiz marşrutu yaradılır

Xəzər və Volqa boyu “çay-dəniz” formatında kruiz marşrutu yaradılır
# 07 sentyabr 2022 09:40 (UTC +04:00)

“Çay-dəniz” formatında yeni kruiz marşrutu çərçivəsində Azərbaycan, Qazaxıstan, İran və Dağıstan Respublikasına səfər etmək olacaq.

APA-Economics” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Rusiya Federasiyasında turizmin inkişafı üzrə Dövlət Şurasının Rəyasət Heyətinin iclasında çıxış edərkən deyib.
“Biz unikal kruiz məhsulu növünü, yəni bir neçə ölkəyə səfər etmək imkanı ilə Xəzər dənizində birləşmiş dəniz kruizini və Volqa boyunca çay kruizini təklif etməyə hazırıq”, - deyə İqor Babuşkin bildirib.
O, aydınlıq gətirib ki, bu kruiz çərçivəsində turistlər Həştərxan, Aktau (Qazaxıstan), Ənzəli (İran), Bakı (Azərbaycan) və Mahaçqala (Dağıstan) şəhərlərini ziyarət edə biləcəklər.

Xatırladaq ki, bundan öncə Xəzər marşrutunun yeni “Böyük Pyotr” layneri ilə təşkil edilməsinin nəzərdə tutulduğu bildirilirdi. Layner ötən ilin dekabrında dəniz sınaqlarından keçib.
Layner eyvanlarla, terraslarla, ön müşahidə salonu və iki hissədən ibarət "günəşli" göyərtəsi olan "üzən otel" kimi dizayn edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR