Xorvatiyanın sabiq prezidenti: Korrupsiya ilə mübarizədə ictimaiyyət və media dəstək olmalıdır

Xorvatiyanın sabiq prezidenti: Korrupsiya ilə mübarizədə ictimaiyyət və media dəstək olmalıdır
# 07 iyun 2023 15:09 (UTC +04:00)

“Korrupsiya ilə mübarizə bərabərliyi və xalqların birliyini inkişaf etdirir”.

APA xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Şuşada keçirilən "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" adlı tədbirdə 2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti olmuş İvo Yosipoviç deyib.

O bildirib ki, korrupsiya ölkələrin dayaqlarını zəiflədir: “Bu vəziyyətlə bağlı mübarizə aparan müxtəlif qurumlar və təşkilatlar var. Dünyada bir çox ölkələr, xüsusən də bizim ölkəmizdə eləcə də İtaliyada, Yunanıstanda korrupsiyaya qarşı mübarizə gücləndirilib. Korrupsiya ilə mübarizədə hakimlər də əsas rol oynayırlar, hansı ki özlərini bu mübarizənin tərkib hissəsi görürlər. Ümumi olaraq sistemdə korrupsiya ilə mübarizə xüsusi rol oynamalıdır. Əlbəttə ki, bu sahədə rəqəmsal tətbiqlər də mümkündür. Bu barədə ictimaiyyət, eləcə də media dəstək olmalıdır. Korrupsiyaya qarşı mübarizədə bunlar vacibdir, hansı ki Xorvatiyada belə təcrübə var. Ölkəmiz bu cinayətlə mübarizə böyük yol keçib. Beynəlxalq təsirlər də burada vacib və xüsusi rol oynayır. Bir daha vurğulamaq istəyirəm ki, iqtisadiyyatın inkişafına mane olan amillərdən biri də, korrupsiyadır və bunun mübarizədə hər bir şəxs fəallıq göstərməlidir”.

Fuad Sadıqov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR