Yanvar-iyulda dövlət büdcəsinin icrası nəticəsində 576 mln. manatlıq kəsir yaranıb

Yanvar-iyulda dövlət büdcəsinin icrası nəticəsində 576 mln. manatlıq kəsir yaranıb
  • Clock-gray 11:51
  • calendar-gray 16 Sentyabr 2019

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,3% artaraq 12 526,5 mln. manat təşkil edib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu dövrdə büdcədən 13 102,7 mln. manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,5% çox vəsait xərclənib, büdcənin icrasında 576,2 mln. manatlıq (ÜDM-in 1,3%-i qədər) kəsir yaranıb.

Daxilolmaların 22,6%-i əlavə dəyər vergisi, 13,3%-i hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,6%-i xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,1%-i fiziki şəxslərin gəlir vergisi, 4%-i aksizlər, 1,7%-i sadələşdirilmiş vergi, 2,3%-i vergilərin digər növləri, 46,4%-i isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Büdcə vəsaitlərinin 30,1%-i iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 12,2%-i sosial müdafiə və sosial təminat, 13,4%-i təhsil və səhiyyə sahələrinin, 44,3%-i isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

Qeyd edək ki, ötən ilin analoji dövründə Azərbaycanın dövlət büdcəsinin icrası nəticəsində 480,9 mln. manatlıq profisit qeydə alınmışdı.

APA-Economics

Digər xəbərlər

Arxiv

date