Yaponiya Ukraynaya 100 milyon dollar kredit ayırıb

Yaponiya Ukraynaya 100 milyon dollar kredit ayırıb
# 16 may 2022 14:21 (UTC +04:00)

Ukrayna və Yaponiya 100 milyon dollarlıq kredit sazişi imzalayıb.

APA "Guardian"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu vəsait ilk növbədə Ukraynadakı müharibədən zərər görən həssas qruplara dəstək olmaq üçün nəzərdə tutulub.

Kredit 30 il müddətinə verilib və ona 10 illik güzəşt müddəti daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR