"Yelo Bank" səhmdarlarını toplayacaq

"Yelo Bank" səhmdarlarını toplayacaq
# 10 iyun 2022 09:45 (UTC +04:00)

İyunun 25-də "Yelo Bank" ASC-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.

"APA-Economics"ə bu barədə "YeloBank"ın Müşahidə Şurasından bildirilib. Məlumata görə, yığıncaqda Bankın kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2021-ci ilin yekunları üzrə illik maliyyə hesabatının təsdiqi və gündəlikdə duran digər məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, səhmdarların növbədənkənar Ümumi Yığıncağı bankın Bakı şəhəri, AZ1122, Həsən bəy Zərdabi küçəsi, 81k ünvanında yerləşən baş ofisində baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR