“Yelo Bank”ın mənfəəti 16 dəfədən çox azalıb

“Yelo Bank”ın mənfəəti 16 dəfədən çox azalıb
# 26 aprel 2022 14:18 (UTC +04:00)

“Yelo Bank” 2022-ci ilin birinci rübü üzrə maliyyə hesabatını açıqlayıb.

APA-Economics” banka istinadən xəbər verir ki, bankın xalis mənfəəti 16 dəfədən çox azalıb.

Hesabat dövründə bankın faiz gəlirləri 34% artaraq 18,462 milyon manata, faiz xərcləri isə 70,5% artaraq 6,557 milyon manata yüksəlib. Nəticədə bankın xalis faiz gəlirləri də 19,7% artaraq 11,905 milyon manat təşkil edib.

Bankın qeyri-faiz gəlirləri 2 dəfə artaraq 1,319 milyon manat, qeyri-faiz xərcləri isə 42,4% artaraq 13,690 milyon manat təşkil edib. Ümumilikdə, bankın əməliyyat gəlirləri 19,781 milyon manat, əməliyyat xərcləri isə 20,247 manat, əməliyyat zərəri 466 min manat təşkil edib.

“Yelo Bank” mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatları 811 min manat azaldıb. Sonda bank 345 min manat xalis mənfəət əldə edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 16,4 dəfə azdır. Belə ki, 2021-ci ilin birinci rübündən bank 5,670 milyon manat xalis mənfəətlə çıxmışdı.

İlin əvvəli ilə müqayisədə “Yelo Bank”ın aktivləri 678,173 milyon manata kimi (27%) artıb. O cümlədən, bankın kredit portfeli 5,8% böyüyüb. Belə ki, bu ilin birinci rübündə müştərilərə verilən kreditlərin həcmi 472,309 milyon manata bərabər olub.

“Yelo Bank”ın öhdəlikləri 31% artaraq 608,935 manata, cəmi kapitalı isə 0,6% artaraq 69,238 milyon manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR