"Yelo Bank"ın xalis mənfəəti 4 dəfədən çox azalıb

"Yelo Bank"ın xalis mənfəəti 4 dəfədən çox azalıb
# 25 iyul 2022 15:54 (UTC +04:00)

"Yelo Bank" 2022-ci ilin ikinci rübü üzrə bəzi maliyyə nəticələrini açıqlayıb.

"APA-Economics" xəbər verir ki, bankın xalis mənfəəti ötən ilin eyni dövrünə nisbətən 4 dəfədən çox azalıb. Belə ki, bank ötən ilin birinci yarısında 10 milyon manat xalis mənfəət açıqlamışdısa, bu ilin ilk yarısında bu rəqəm 2,4 milyon manat olub.

Bankın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 40% artaraq 750 milyon manatı ötüb.

Hesabat dövrü üzrə Bankın xalis faiz gəlirləri 2021-ci ilin analoji dövrü ilə müqayisədə 18% artaraq 25 milyon manatdan çox olub. Bank qeyri-faiz gəlirlərinin ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 dəfə artdığını qeyd edib. Amma qeyri-faiz gəlirlərinin həcmini açıqlamayıb.

Məlumata görə, bu dövrdə "Yelo Bank"ın depozit portfeli 156 milyon manat artaraq 509 milyon manata çatıb. İlin əvvəlindən "Yelo Bank"ın kredit portfeli isə 91 milyon artaraq 537 milyon manata çatıb.

Hesabat dövrünə Bankın məcmu kapitalı 91 milyon manatı ötüb. Bu da requlyativ tələbdən 41 milyon manat çoxdur.

Bildirilib ki, məcmu kapitalın adekvatlıq əmsalı 15.45%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 9.52% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR