Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 10,6 milyard manatı keçib

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 10,6 milyard manatı keçib
# 19 iyul 2022 11:26 (UTC +04:00)

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 66.339 ədəd yeni nəsil NKA quraşdırılıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən bildirilib. Məlumata görə, yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2022-ci ilin yanvar-iyun aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 10 milyard 636 milyon 507,3 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 55,2 faiz çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR