2023-cü il dövlət büdcəsinin gəlirləri artırılacaq

2023-cü il dövlət büdcəsinin gəlirləri artırılacaq
# 30 may 2023 14:26 (UTC +04:00)

Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirləri 3005,5 milyon manat artırılacaq.

APA xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanun layihəsində əksini tapıb.

Layihədə qeyd edilib ki, yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirləri 33779,5 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3005,5 milyon manat və ya 9,8 faiz çoxdur.

Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin xərcləri isə 36568,8 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3215,5 milyon manat və ya 9,6 faiz, 2022-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 4504,2 milyon manat və ya 14,0 faiz çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR