Yollarda ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazə üçün dövlət rüsumu müəyyənləşir

Yollarda ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazə üçün dövlət rüsumu müəyyənləşir
# 01 fevral 2023 16:19 (UTC +04:00)

Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməsi üçün dövlət rüsumu müəyyənləşir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilmiş “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği 50 manat olacaq.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR