"Ziraat Bank Azərbaycan" maliyyə vəziyyətini açıqlayıb

"Ziraat Bank Azərbaycan" maliyyə vəziyyətini açıqlayıb
# 22 aprel 2022 16:50 (UTC +04:00)

Bu ilin I rübündə "Ziraat Bank Azərbaycan" ASC 2,051 mln. manat xalis mənfəət əldə edib.

"APA-Economics"in bankın maliyyə hesabatına istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni rübü ilə müqayisədə 4,2 dəfə çoxdur. Bankın xalis faiz gəlirləri 39,3% artaraq 4,241 mln. manat, xalis qeyri-faiz zərəri isə 417,4 min manat təşkil edib. Nəticədə əməliyyat mənfəəti 3,824 mln. manata bərabər olub. Bundan əlavə, bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmaları 1,773 mln. manat artırıb.

Qeyd edək ki, martın 31-nə "Ziraat Bank Azərbaycan"ın cəmi aktivləri 449,370 mln. manat, cəmi öhdəlikləri 347,975 mln. manat, cəmi kapitalı isə 101,395 mln. manat təşkil edib. Bu, ötən ilin sonu ilə müqayisədə müvafiq olaraq 15,8%, 13,8, və 23,1% çoxdur.

Bankın kredit portfeli ilin əvvəli ilə müqayisədə 14,4% artaraq 264,620 mln. manata çatıb. Depozit portfelində isə ilin əvvəlindən 17,9%-lik artım müşahidə olunub və 247,833 mln. manat təşkil edib. Nəticədə bankın kreditlərin depozitlərə nisbəti 106,7% təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 3,25 faiz bəndi azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR