"Ziraat Bank Azərbaycan”dan xarici ticarət iştirakçılarına hərtərəfli dəstək!

"Ziraat Bank Azərbaycan”dan xarici ticarət iştirakçılarına hərtərəfli dəstək!
# 29 iyun 2022 14:40 (UTC +04:00)

Real sektorun inkişafına, xüsusi ilə ixrac yönümlü və idxalı əvəzləyən məhsul istehsalının artımına hədəflənən fəaliyyətin dəstəklənməsi “Ziraat Bank Azərbaycan” ASC-nin əsas prioritetlərindəndir.

Ziraat Bank Azərbaycan xarici ticarət iştirakçılarına təqdim edilən bank xidmətlərinin keyfiyyətinə xüsusi əhəmiyyət verir. Belə ki, Bank, bu istiqamət üçün nəzərdə tutulan xidmətlərinin geniş çeşidliyi, keyfiyyəti, rəqabətli qiymətləri, innovativ texnologiya meyarları və müştəri yönümlü təklifləri ilə digər banklardan fərqlənir. Həmçinin Bankın dünyanın 18 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun üzvü olması, onu ticarət istiqamətində müqayisəli üstünlüklərlə təmin edir. Belə ki, Ziraat Bank Azərbaycan xarici ticarətdə istifadə edilən akkreditiv, bank zəmanət məktublarını və digər xidmətləri öz geniş müxbir şəbəkəsi vasitəsilə dünyanın müxtəlif ölkələrinə sərfəli şərtlərlə çatdırmaq imkanına sahibdir. Qeyd etmək lazımdır ki, Ziraat Maliyyə Qrupunun üzvü olaraq Bank xarici ölkələr arasında böyük nüfuza da sahibdir, bu da xarici ticarət xidmətlərinin göstərilməsində əsas amillərdən biridir.

Bank eyni zamanda bu sahədə kifayət qədər təcrübəsi olmayan və ya ilk dəfə ixrac və idxalda bu xidmətlərdən istifadə edən müştərilərə ödənişsiz məsləhət, akkreditiv və qarantiya mətnlərinin hazırlanması xidmətlərini də təqdim edir. Bununla yanaşı, Ziraat Bank Azərbaycan ixrac və idxalın istər bankın resursları hesabına, istərsə də beynəlxalq tərəfdaşlarının təqdim etdiyi sərfəli maliyyələşmə imkanları hesabına maliyyələşdirilməsini təmin edir.

Ölkələrin dayanıqlı inkişafının təmin edilməsində xarici ticarətin çox mühüm rolu vardır. Xarici ticarət xidmətləri göstərən banklar sahibkarlara ticarət əməliyyatlarını qüsursuz və likvidlik problemləri yaşanmadan həyata keçirmək üçün dəstək olur. Bunun üçün sahibkar üçün doğru tərəfdaş bankının seçimi çox böyük önəm daşıyır.

Ticarət xidmətlərində Ziraat Bank Azərbaycanın müştərilərinə ən yaxşı imkanları təqdim etməsi nəinki ölkə içərisində, qlobal arenada da dəyərləndirilir. Belə ki, Bank, dünyanın nüfuzlu “Global Finance” nəşri kimi mühüm beynəlxalq platforma tərəfindən “İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank” nominasiyasına layiq görülmüşdür. Ətraflı məlumatı növbəti linkdən əldə edə bilərsiniz: https://bit.ly/3JAiNwe

Ticarətə verdiyi töhfələrlə kifayətlənməyən Bank, xarici ticarət ilə məşğul olan müştərilərinin təlabatlarına müvafiq təklif etdiyi xidmətlərinin əhatə dairəsini genişləndirməyə davam edir. Belə ki, Bank tərəfindən verilən məlumata əsasən Azərbaycanda fəaliyyət göstərən şirkətlərin Ziraat Maliyyə Qrupunun fəaliyyət göstərdiyi ölkələrdən olan sahibkarlarla işbirliyinin qurulması üçün xüsusi internet platformanın hazırlanma layihəsi davam etdirilir və yaxın zamanda bankın müştəriləri bu müqayisəli üstünlükdən faydalanaraq xaricdə öz məhsullarına yeni bazarlar əldə edəcək və idxal üçün çoxsaylı sərfəli təkliflərə çıxış imkanına sahib olacaqlar.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR