"Bank Respublika" gələn ay Müşahidə Şurasının tərkibini təsdiqləyəcək

"Bank Respublika" gələn ay Müşahidə Şurasının tərkibini təsdiqləyəcək
  • Clock-gray 09:47
  • calendar-gray 05 Dekabr 2019

2020-ci il yanvarın 7-də "Bank Respublika" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, iclasın gündəliyinə bankın Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi, maliyyə nəticələri, mükafatlandırma siyasətinin təsdiqi və mükafatın ödənilməsi, Müşahidə Şurasının Əsasnaməsinin təsdiq edilməsi kimi məsələlər daxildir.

Növbədənkənar iclas bankın Xəqani küçəsi, 21 ünvanında yerləşən baş ofisində keçiriləcək.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date