"Fitch": Gələn il Avropa bankları gəlirlilik problemləri ilə üzləşəcək - PROQNOZ

"Fitch": Gələn il Avropa bankları gəlirlilik problemləri ilə üzləşəcək - PROQNOZ
  • Clock-gray 12:45
  • calendar-gray 10 Dekabr 2019

ÜDM-in artım templəri üzrə proqnozların və uçot faiz dərəcələrinin aşağı qalması səbəbindən 2020-ci ildə iri Avropa bankları kəskin gəlir təzyiqi ilə üzləşəcək.

Bu barədə "APA-Economics" "Fitch Ratings" beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir. Agentlik Qərbi Avropa bankları ilə bağlı neqativ proqnozunun əsas səbəbi kimi 2020-ci ildə gözlənilən zəif gəlir perspektivlərini göstərir.

"Fitch Ratings"in mütəxəssisləri hesab edir ki, bir çox banklar gəlir təzyiqini yumşaltmaq məqsədilə əməliyyat səmərəliliyini artırmağa çalışacaq. Lakin zəif iqtisadi artım kreditin dəyərsizləşməsi ilə bağlı ehtiyatları və gəlirliliyə olan təzyiqi artıracağını nəzərə alsaq, bu halda, agentliyin proqnozuna görə, bir çox bank ancaq əməliyyat gəlirliyini artırmağa nail olacaq.

Bu, əsasən, onların öz biznes modellərinin daha gəlirli seqmentlərə keçirməsi nəticəsində baş verə bilər.

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date