"Kapital Bank" sahibkarlar və hüquqi şəxslər üçün yeni xidmətlərini istifadəyə verib

"Kapital Bank" sahibkarlar və hüquqi şəxslər üçün yeni xidmətlərini istifadəyə verib
  • Clock-gray 14:20
  • calendar-gray 13 Dekabr 2019

“Kapital Bank” ASC Azərbaycanda kiçik və orta sahibkarların daha rahat maliyyələşməsi, xidmət alması və banka gəlmədən bir sıra xidmətləri onlayn rejimdə, məsafədən ala bilməsi üçün bir sıra yeniliklər təqdim edib.

Bankdan “APA-Economicsə verilən məlumata görə, ölkədə ilk dəfə olaraq, “Kapital Bank” öz filiallarında hüquqi şəxslərin imza nümunələrinin notariat kontorlarına getmədən, yerindəcə təsdiqlənməsini həyata keçirir. Bu xidmət vasitəsilə hüquqi şəxslər əlavə vaxt itkisini və əlavə xərcləri aradan qaldıracaq, həmçinin bank xidmətlərindən daha rahat və operativ şəkildə istifadə edə biləcəklər.

Kiçik və orta sahibkarların banka gəlmədən, məsafədən bank xidmətlərindən istifadə etməsi, bank hesabları üzrə məlumatların əməliyyatlar baş verən anda əldə etməsinə imkan verən həll üsulu kimi “Kapital Bank”ın təqdim etdiyi yeniliklərdən biri sahibkarlar üçün yeni SMS-İnfo xidmətidir.

Artıq kiçik və orta sahibkarlıqla məşğul olan müştərilər SMS-İnfo xidmətinin təqdim etdiyi üstünlüklərdən yararlanmaqla balans, hesab, POS-terminalla yerinə yetirilən əməliyyatların hesaba mədaxil olması zamanı və digər daxilolmalar üzrə məlumatı SMS şəklində dərhal ala biləcəklər. Bu xidmət sahibkarlara tam olaraq pulsuz təklif olunur.

Qeyd edək ki, Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date