"Moody’s" bu il Türkiyədə inflyasiyanın gözləniləndən çox olacağını proqnozlaşdırır

"Moody’s" bu il Türkiyədə inflyasiyanın gözləniləndən çox olacağını proqnozlaşdırır
  • Clock-gray 12:30
  • calendar-gray 05 Dekabr 2019

"Moody’s" beynəlxalq reytinq agentliyi bu il Türkiyədə inflyasiyanın yüksək – 14% səviyyəsində olacağını proqnozlaşdırır.

Bu barədə "APA-Economics" agentliyə istinadən məlumat verir.

Qeyd edək ki, "Moody’s"in proqnozu Türkiyə hökumətinin 2020-2022-ci illər üzrə yeni iqtisadi proqramında göstərildiyi gözlənilən inflyasiya səviyyəsindən 2 faiz bəndi çoxdur.

Bundan əlavə, agentlik ÜDM-in artım templərinin çox aşağı – 0,2% səviyyəsində olacağını gözləyir.

Qeyd edək ki, 2013-2018-ci illərdə Türkiyənin ÜDM-i 5,5% artıb.

Mirsəid İbrahimzadə

Digər xəbərlər