"Turanbank"ın mənfəəti ötən il kəskin artıb

"Turanbank"ın mənfəəti ötən il kəskin artıb
  • Clock-gray 12:32
  • calendar-gray 21 Yanvar 2020

“Turanbank”ASC-nin aktivləri illik ifadədə 0,6% azalaraq cari il yanvarın 1-nə 489 538 min manat təşkil edib.

APA-Economics”in bankın illik hesabatına istinadən verdiyi xəbərə görə, bu müddətdə müştərilərə verilən kredit və lizinqlərin məbləği isə 8,7% artaraq 340 233 min manat olub. Kredit portfelinin 3,56%-nin vaxtı keçib.

Hesabata əsasən cari il yanvarın 1-nə bankın cəmi öhdəlikləri 4,3% azalaraq 414 757 min manata düşüb. Müştəri depozitləri də hesabat dövründə 1,5% azalaraq 249 867 min manatadək enib.

2020-ci il yanvarın 1-nə bankın səhmdar kapitalı 70 004 min manat olub.

Bank ötən il ərzində 416 min manat mənfəət əldə edib ki, bu da 2018-ci il ilə müqayisədə 5,9 dəfə çoxdur. Ötən ilin  sonuna bankın bölüşdürülməmiş xalis zərəri 2 005 min manat təşkil edib.

Nərmin Rəhimova

Digər xəbərlər

Arxiv

date