"Big Mac" indeksi: Azərbaycan manatı dollara qarşı lazımi dərəcədə dəyərləndirilməyib

"Big Mac" indeksi: Azərbaycan manatı dollara qarşı lazımi dərəcədə dəyərləndirilməyib
# 17 yanvar 2020 15:16 (UTC +04:00)

"The Economist" jurnalının dərc etdiyi "Big Mac" indeksinə görə, Azərbaycan manatı dollara nisbətdə dəyəri lazımi səviyyədə dəyərləndirilməmiş valyutalar siyahısının ilk beşliyində yer alıb. Manat sözügedən reytinqdə beşinci yerdə qərarlaşıb.

"APA-Economics"in "The Economist"ə istinadən verdiyi məlumata görə, Azərbaycanda "Big Mac"ın qiyməti 3,95 manat və ya 2,32 ABŞ dolları təşkil edir ki, bu da ABŞ-dakı qiymətdən (5,67 dollar) 58,9% aşağıdır. Yəni, manat "Big Mac" indeksinə görə, 58,9% ucuzdur və Azərbaycanda dolların məzənnəsi 0,70 manat olmalıdır.

Manatdan daha yüksək səviyyədə qiymətləndirilməmiş valyutalar sırasında Cənubi Afrika randı (62%), Rusiya rublu (61,2%), Rumıniya leyi (61%) və Türk lirəsi (61%) də yer alıb.

Faktiki səviyyədən daha çox qiymətləndirilmiş valyutalar isə İsveçrə frankı (18,4%) və Norveç kronu olub (5,3%). Onlara ən yaxın lazımi səviyyədə qiymətləndirilməmiş valyuta isə İsveç kronu olub (4%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR