"Rabitəbank" Yeni il kampaniyasına start verib

"Rabitəbank" Yeni il kampaniyasına start verib
# 10 dekabr 2019 17:22 (UTC +04:00)

“Rabitəbank” Yeni il kampaniyası çərçivəsində nağd pul kreditlərinin faizini endirib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, “Rabitəbank” 10 dekabr tarixindən etibarən nağd pul kreditinə illik cəmi 16% ilə, 15 000 manatadək, zaminsiz 10 000 manat olmaqla endirim tətbiq edir. Müştərilər həftə içi deyil, həm də şənbə günü iş saatlarından sonra da kredit əldə edə biləcəklər.

“Möhtəşəm Qış” adlı Yeni il kampaniyası 15 yanvar 2020-ci ilədək davam edəcək.

Qeyd edək ki, “Rabitəbank”ın 24/7 xidmət göstərən “Nəsimi” filialından iş saatlarından

sonra, 22:00-dək, həftəsonu da kampaniyadan yararlanaraq, endirimli nağd pul kreditinə sahib olmaq mümkündür. Filial Bülbül pr., 30 ünvanı və Şəmsi Bədəlbəyli küçəsinin kəsişməsində, tam yeni və rahat korporativ üslubu ilə müştərilərinə 24 saat xidmət göstərir. Kredit imkanından yalnızca filiala yaxınlaşaraq deyil, http://bit.ly/qis_kampaniyasi daxil olaraq və yaxud “Telegram” və “Facebook”da “RabitabankBot” vasitəsi ilə müraciət edib, faydalanmaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR